Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.
“Report”un məlumatına görə, Sofiya Məmmədova üç mükafata sahib çıxıb.
O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.
İlona Zeynalova isə yarışı iki mükafatla başa vurub. Gimnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçiriləcək.
Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək seçmə komandamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.
Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.